İxtisarların tərcüməsi

ixtisarların tərcüməsinin əsas üsulu, təbiidir ki, lüğətlərə müraciət etməkdir. Lakin bunu da nəzərə almaq lazımdır ki, xüsusi materiallarda rast gəlinən ixtisarların heç də hamısını hər hansı lügət özündə əks etdirə bilməz. Buna görə də tərcümə zamanı ixtisarların əsas üsullarını bilmək lazımdır. Birinci, ixtisar olan sözün ümumi mənasını başa düşmək üçün konteksti dərindən öyrənib bilmək zəruridir. Bəzən onun mətndə ilkin işlənməsi zamanı açılma ilə müşayiət oluna bilər. İkinci, ixtisarın strukturunun tam təhlilini aparmaq və onun komponentlərini açmaq lazımdır. İxtisarların tərcüməsi aşağıdakı üsullarla həyata keçirilə bilər: 1. Tam formanın tərcüməsi və onun əsasında ixtisarın Azərbaycan dilinə tərcüməsini vermək. 2. Tam formanın tərcüməsi. 3. Transliterasiya. 4. Xarici ixtisarın latın hərfləri ilə tam şəkildə verilməsi. Bu üsuldan adətən nomenklatur işarələrin verilməsi zamanı istifadə olunur. 5. Transkripsiya etmə. 6. Səs-hərf transkripsiyası. 7. Tərcümə və transkripsiya.
İxtisarlar lüğəti
İxtisaslaşmamış süni dillər
OBASTAN VİKİ
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur. == İlk dövrlər == Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.